Bu ilin 23-25 avqust tarixlərində Moskva şəhərində “Moskvanın dadı” (“Вкус Москвы”) adlı beynəlxalq qastronomik festival keçiriləcək.
Tədbir çərçivəsində şərab və alkoqol məhsullarının təqdimatı və dequstasiyası təşkil olunacaq, şərabların müsabiqəsi keçiriləcək. Bundan başqa, festivala Rusiya və digər ölkələrin tanınmış restoranlarının nümayəndələrinin, qida və şərab mütəxəssislərinin qatılacağı gözlənilir. Festivala dair hazırlanan təqdimatla buradan tanış olmaq olar.
Festivalda iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:
E-mail: wine@astigroup.ru
Tel: +7 925 488 20 88