AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar beynəlxalq idxal sərgisinə dəvət olunur

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasının Şanxay şəhərində 2024-cü ilin 05-10 noyabr tarixlərində keçiriləcək 7-ci Beynəlxalq Çin idxal sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 4 şirkət.

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

 

Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida və içki sənayesi

XİFMN üzrə məhsulun kodu

Məhsulun adı

09

Qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar

10

Dənli bitkilər

12

Yağlı toxum və bar; digər toxumlar, bar və taxıl; dərman bitkiləri və texniki məqsədlər üçün bitkilər; saman və yem

16

Ətdən, balıqdan və ya xərçəngkimilərdən, mollyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsullar

17

Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları

18

Kakao və ondan hazırlanan məhsullar

19

Taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; un qənnadı məmulatları

20

Tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları

21

Müxtəlif ərzaq məhsulları

22

Alkoqollu və alkoqolsuz içkilər və sirkə

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi –  Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 31 oktyabr 2024-cü il tarixində AZPROMO-da təşkil olunacaq.

 

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

 

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
  • bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

 

Sənədlər aşağıdakı ünvan üzrə 10 oktyabr 2024-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

 

Kənan Müzəffərli

AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin baş mütəxəssisi

Tel: +99412 5980147/48 (daxili 3630)

E-mail: kanan.muzaffarli@azpromo.gov.az

Mob: (+994556042544)

 

Əli Babayev

AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi

Tel: +99412 5980147/48 (daxili 3664)

E-mail: ali.babayev@azpromo.gov.az

Mob: (+994502003940)