AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar Belarus şirkətləri ilə əməkdaşlığa dəvət olunur

Azərbaycan və Belarus işgüzar dairələri arasında tərəfdaşlığın genişləndirilməsi məqsədilə Belarus Ticarət və Sənaye Palatası ölkəmizin sahibkarlarını Belarus şirkətləri ilə əməkdaşlığa dəvət edir.

Palata tərəfindən potensial tərəfdaşlar üçün Etibarlı Tərəfdaşlar Reyestri və "Belarus İxracatçıları" kataloqu hazırlanıb. Hazırda reyestrə 300-dən çox ixracyönümlü Belarus şirkəti daxildir. Reyestr ilə bu linkə keçid edərək tanış olmaq mümkündür.

"Belarus İxracatçıları" kataloqu 2 700-ə yaxın şirkətlə əməkdaşlıq imkanları və perspektivləri haqqında ümumi məlumat təqdim edir. Kataloqla bu link vasitəsilə tanış olmaq mümkündür.