Bu ilin 21-22 noyabr tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində BRICS dövlətlərinin VI Beynəlxalq Bələdiyyə Forumunun İqtisadi Konqresi keçiriləcək.
"Əhalinin sağlamlığının qorunması" mövzusuna həsr olunacaq konqresin işgüzar proqramında ekologiya, turizm, dayanıqlı inkişaf, təhsil, mədəniyyət, gənclər siyasəti, idman, diplomatiya və digər istiqamətlərdə sessiyaların təşkil edilməsi nəzərdə tutulub. Tədbir çərçivəsində həmçinin B2B və B2G görüşlərin keçirilməsi planlaşdırılır.
Forumda iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:
E-mail: international@imbricsforum.com
Tel.: +7 (961) 615-89-19