AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO “Afrikada Dayanıqlı Ticarət” tədbirində iştirak edib

Tədbirdə Afrika ölkələrinin dayanıqlı ticarət və investisiya imkanlarının reallaşdırılmasında ekoloji cəhətdən təmiz təşəbbüslərin və maliyyə mexanizmlərinin rolu, tərəfdaş ölkələrin bu prosesdə töhfəsi müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO COP29 çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri Ticarət Mərkəzi və Afrika İxrac-idxal Bankının təşkilatçılığı ilə keçirilən "Afrikada Dayanıqlı Ticarət" adlı tədbirdə təmsil olunub.

Tədbirin açılışında çıxış edən Afrika İxrac-idxal bankının icraçı vitse-prezidenti Kanayo Avani və Afrika Qitəsi Azad Ticarət Zonasının Baş katibi Vamkele Mene regional ticarət inteqrasiyasının dayanıqlı inkişaf üçün əhəmiyyətini vurğulayıb, bu istiqamətdə atılan addımların əhəmiyyətini qeyd ediblər.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın investisiya mühiti, eləcə də xüsusi iqtisadi zonalarda xarici investorlar üçün yaradılan əlverişli biznes mühiti haqqında məlumat verib. O, Azərbaycanın “yaşıl” enerji sahəsindəki məqsədlərindən, xüsusilə bərpa olunan enerji layihələrinə investisiyalar və iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində görülən işlərdən bəhs edib. Tədbirdə həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və BƏƏ-nin İqlim Dəyişikliyi və Ətraf Mühit nazirinin müavini Məhəmməd Səid Sultan Əlnuaymi çıxış ediblər.

Tədbir "Afrikanın xüsusi iqtisadi zonalarının təşviqi: Yaşıl inkişaf və innovasiya yolunda" və "Dayanıqlı inkişafın aktivləşdirilməsi: BƏƏ-Afrika iqtisadi dəhlizi üçün Afrika və Azərbaycan arasında körpülərin qurulması" panel sessiyaları ilə davam edib.