AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Şirkət nümayəndələri arasında B2B formatında keçirilən görüşlərdə əməkdaşlıq imkanları müzakirə olunub.

COP29 çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İtaliya Ticarət Agentliyinin birgə təşkilatçılığı ilə Yaşıl zonada yerləşən “Ticarət və İnvestisiya Evi” stendində İtaliya və Azərbaycanı təmsil edən şirkət nümayəndələri arasında işgüzar görüşlər keçirilib.

Görüşlərdə memarlıq və tikinti, inşaat materialları, mühəndislik, sistem texnologiyaları, infrastruktur, biznes və digər sahələrdə fəaliyyət göstərən 20-yə yaxın şirkət nümayəndələri iştirak edib. B2B formatında təşkil olunan görüşlərin əsas mövzusu ikitərəfli əməkdaşlığın genişləndirilməsi və mövcud əlaqələrin şaxələndirilməsi olub. Həmçinin şirkət nümayəndələri tərəfindən müxtəlif təqdimatlar nümayiş olunub.