AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“EY İlin İş Adamı 2025” mükafatının qalibi yaxın zamanda məlum olacaq

“EY İlin İş Adamı” müsabiqəsi  innovativ düşüncə tərzinə malik olan, uğur qazanmaq və cəmiyyətə müsbət təsir göstərmək niyyətini rəhbər tutan iş adamlarını bir araya gətirən nüfuzlu və unikal proqramdır. Bu müsabiqə məqsədlərinə doğru inamla irəliləyən sahibkarları təqdir edir və onların nailiyyətlərini tanıyır.

 

Bu il 13 iddialı namizəd “EY İlin İş Adımı” adı uğrunda mübarizə aparacaq. “EY Azərbaycan” şirkəti builki “EY İlin İş Adımı” adı uğrunda mübarizə aparan sahibkarları təqdim edir:

 

Arzu Abbasov – “Abfarma”

Bəhruz Rüstəmov – “Upsystems” ( www.upsystems.az )

Elçin Əliyev – Regional Hospital

Fəxri Qasımov – “GuavaLab” ( https://guavalab.az/en )

Fərrux Baxşıyev – “Alservices” ( https://alservices.az/en/ )

Gülbəniz Məmmədova – “Princeps Legem” ( https://prlegem.com/ )

Kamran Salayev – “Spektr Group” ( https://spektrgroup.az/ )

Kənan Seyidəli – “Neon Agency” ( NEON | Marketing Agency )

Səbinə Pərvizi – “BloomGroup” ( www.bloomgroup.az )

Səbinə Qazizadə – “SDA Consulting” ( http://www.sdaconsulting.az/)

Səidənur Sideif-zadə – “Self Salon”

Şaiq Qəribzadə – “AzeriExpress” ( https://www.azeriexpress.com/

Teymur Rzayev – Ləzzət Biskvit və Şokolad fabriki ( https://nati.az/ )

 

Müsabiqənin qalibi sahibkarlıq ruhu, məqsədyönlük və  ictimaiyyətə göstərilən müsbət təsir kimi amilləri qiymətləndirəcək müstəqil münsiflər heyəti tərəfindən müəyyən olunacaq. Münsiflər heyəti işgüzar aləmin tanınmış və nüfuzlu nümayəndələrindən ibarətdir:

 

Aliyə Əzimova – Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri

Əfqan İsayev – SOCAR-ın vitse-prezidenti

Mir Camal Paşayev – “Paşa Holdinq”in Direktorlar Şurasının sədr müavini

Qustaf Nobel – "Conversus" şirkətinin baş icraçı direktoru

Teybə Quliyeva - "Societe Generale” Korporativ və İnvestisiya Bankının regional nümayəndəsi

 

Müsabiqənin baş sponsoru ABB-dir. bp şirkəti proqramın təşkili ilə bağlı maliyyə dəstəyi göstərir, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və EKVITA konsaltinq şirkəti proqramın tərəfdaşlarıdır.

 

Müsabiqənin qiymətləndirmə mərhələsi fevral ayında keçiriləcək. Milli mərhələnin qalibi və müxtəlif nominasiyalar üzrə qaliblər fevral ayında Bakı şəhərində keçiriləcək təntənəli mərasim zamanı elan olunacaq.

 

Milli mərhələnin qalibi iyun ayında Monakoda keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində ölkəni təmsil etmək şansı qazanacaq.

 

“EY İlin İş Adamı” müsabiqəsi haqqında

EY şirkəti tərəfindən təsis edilmiş və 1986-cı ildən etibarən keçirilən “EY İlin İş Adamı müsabiqəsi 60-dan çox ölkə və 145-dən çox şəhərdə təşkil olunur. İşgüzar aləmdə yüksək nüfuz qazanmış “EY İlin İş Adamı müsabiqəsi müvəffəqiyyətə nail olmaq əzmi nümayiş etdirən iş adamlarına dəstək göstərmək məqsədi daşıyır.