Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Qazaxıstanın Almatı şəhərində 3-5 sentyabr 2025-ci il tarixlərində keçiriləcək “KazBuild 2025” beynəlxalq sənaye sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 10 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcək.
Sərginin əhatə etdiyi sahələr (məhsullar): Tikinti materialları, avadanlıq və alətlər, keramika və daş, pəncərə texnologiyaları, interyer və təmizləmə materialları.
Müraciətlərin qəbulu aşağıda təqdim olunan XİF MN məhsul kodlarına daxil olan tikinti məhsulları üzrə həyata keçiriləcək.
|
XİFMN üzrə məhsulun kodu |
Məhsulun adı |
|
25 |
Duz; kükürd; torpaq və daş; suvaq materialları, əhəng və sement |
|
32 |
|
|
39 |
|
|
40 |
|
|
44 |
|
|
6401 |
Sukeçirməyən altlıqlı, rezin və ya plastmassa üstlü ayaqqabı, üstlüyü altlığa birləşməyən və sapla, şpillə, mıxla, vintlə, pərçimlə, hər hansı digər analoji üsulla bərkidilməmiş ayaqqabı |
|
6403 |
Altlığı rezindən, plastmassdan, təbii dəri və ya dəri kompozisiyasından və üstü təbii dəridən olan ayaqqabılar |
|
68 |
Daş, gips, sement, asbest, slyuda və analoji materialdan məmulatlar |
|
69 |
|
|
70 |
|
|
72 |
|
|
73 |
|
|
74 |
|
|
76 |
|
|
78 |
|
|
81 |
Digər qiymətsiz metallar; metal keramikası; onlardan hazırlanan məmulatlar
|
|
82 |
|
|
84 |
Nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; onların hissələri |
|
85 |
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 2 iyun 2025-ci il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
- İxracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
- Nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
- Sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
- Meyarların cəmi üzrə minimum keçid balı – 20 bal.
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
- Ərizə;
- Dəstək tədbirində iştirakla bağlı Şərtlər;
- Sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
- Son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
- Bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).
Sənədlər aşağıdakı ünvan üzrə 23 may 2025-ci il tarixinədək təqdim olunmalıdır: AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr., 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Tel: (+994 12) 598-01-47/48 (daxili - 3665);
E-mail: orkhan.mustafayev@azpromo.gov.az;
Mob: (+994 55) 438-58-32.
Əlaqələndirici şəxs: Orxan Mustafayev.