AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO dayanıqlı kənd təsərrüfatına həsr olunan konfransda iştirak edib

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev "Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı" konfransında iştirak edib.

 

Bakıda keçirilən 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") sərgiləri çərçivəsində "Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı" konfransı təşkil olunub. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO konfrans çərçivəsində baş tutan "Ağıllı kəndlərin inkişaf perspektivləri: Sistemli və institusional aqrar və yaşıl yanaşmalar diplomatların baxışında" adlı panel sessiyasında təmsil olunub.

 

Panel müzakirələrində iştirak edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib ki, kənd təsərrüfatı sektorunda "ağıllı" təcrübələrin tətbiqinin genişləndirilməsi istehsal və ixracın artmasına müsbət təsir edir və bu səbəbdən Agentlik texnologiya transferi, aqrar texnologiyaların istehsalının lokallaşdırılması məqsədilə beynəlxalq tərəfdaşlığın gücləndirilməsinə xüsusi önəm verir.

 

Panelin digər iştirakçıları – Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev kənd təsərrüfatında dayanıqlılıq, ərzaq təhlükəsizliyi və "yaşıl" texnologiyaların istifadəsi mövzularında fikirlərini bölüşüblər.