AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar Monteneqroya işgüzar səfərə dəvət olunurlar

Bu ilin 9-11 iyul tarixlərində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan şirkətlərindən ibarət nümayəndə heyətinin Monteneqro Respublikasına işgüzar səfəri nəzərdə tutulub.

 

Səfər çərçivəsində Monteneqronun ticarət, investisiya layihələri, turizm sektorunun potensialı ilə tanışlıq, hər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə görüşlərin keçirilməsi və müzakirələrin aparılması planlaşdırılır.

 

İşgüzar səfərdə iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı telefon nömrəsi və ya elektron poçt vasitəsi ilə AZPROMO-ya müraciət edə bilərlər:

 

Tel.: (+994 12) 598-01-47 (daxili - 3667);

E-mail: munavvar.gojayeva@azpromo.gov.az;

Əlaqələndirici şəxs: Münəvvər Qocayeva.