AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar Polşa–Azərbaycan biznes forumuna dəvət olunurlar

Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə cari ilin 23 oktyabr tarixində Varşava şəhərində Polşa–Azərbaycan biznes forumu keçiriləcək.

Forumda rəsmi şəxslərin, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı, həmçinin ikitərəfli görüşlərin təşkili nəzərdə tutulur. Tədbir çərçivəsində B2G və B2B formatlarında görüşlər təşkil ediləcək.

Polşa ilə əməkdaşlıqda maraqlı olan sahibkarlar sözügedən biznes forumda iştirak etməyə dəvət olunurlar.

Əlaqələndirici şəxs:

AZPROMO-nun Beynəlxalq əlaqələr və tədbirlərin təşkili departamentinin direktorunun müavini Günel Baxışeva.

Tel: (+994 55) 497 24 54;

E-mail: gunel.bakhisheva@azpromo.gov.az.