Sənəd AZPROMO-ya WEF-in platformalarından istifadə etmək imkanı yaradacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Dünya İqtisadi Forumu (World Economic Forum – WEF) arasında Assosiativ Mərkəz Tərəfdaşlığı (Üzvlük) müqaviləsi imzalanıb.
Sənədi AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və WEF-in investisiya və xidmətlər sahəsi üzrə rəhbəri Metyu Stivenson imzalayıblar. Müqavilə Agentliyə WEF-in tematik və regional tədbirlərində iştirak etmək, Forumun müxtəlif təşviq platformalarından, o cümlədən seçilən əməkdaşlıq istiqamətləri üzrə tərəfdaşlıq imtiyazlarından yararlanmaq imkanlarını nəzərdə tutur.