AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO Yaponiyaya səfər edib

Səfər çərçivəsində Agentliyin rəhbəri Tokioda Dövlət Komissiyasının iclasında, Osakada “Expo 2025” sərgisində iştirak edib, AZPROMO və Yaponiya Biznes Assosiasiyası ROTOBO ilə əməkdaşlıq sənədi imzalanıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasında və Azərbaycan-Yaponiya İqtisadi Komitəsinin görüşündə iştirak edib, ölkənin iqtisadi imkanları və investisiya perspektivləri mövzusunda təqdimat keçirib.

İclas çərçivəsində AZPROMO və Yaponiya Biznes Assosiasiyası ROTOBO arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd iki ölkə arasında ticarət, investisiya və işgüzar əlaqələrin inkişaf etdirilməsini, o cümlədən Yaponiya-Azərbaycan İnvestisiya Mühitinin Təkmilləşdirilməsi üzrə Şəbəkənin yaradılmasını nəzərdə tutur. Bununla yanaşı, memorandum biznes potensialı və investisiya imkanları ilə bağlı məlumat mübadiləsinin aparılması, seminar və biznes forumların keçirilməsi, həmçinin hər iki ölkənin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunması kimi fəaliyyət növlərini əhatə edir.

Bundan başqa, Osaka şəhərində davam edən “Expo 2025” ümumdünya sərgisində ölkəmizin milli pavilyonu ziyarət olunub, Yaponiya investorları üçün Azərbaycanın investisiya iqliminə dair təqdimat keçirilib.