AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Bakıda “Nar Naxışı” festivalı keçiriləcək

Azərbaycan sahibkarları “Nar Naxışı” festivalında iştiraka dəvət olunurlar.

Azərbaycanda istehsal olunan məhsulların tanıdılması məqsədi ilə Bakıda “Nar Naxışı” festivalı keçiriləcək. Tədbir 25 yanvar 2026-cı il tarixində “Hyatt Regency Baku” hotelində “ShoppingAZ” platformasının təşkilatçılığı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçiriləcək.

Festivalın rəsmi açılış mərasimi saat 14:00-da diplomatik korpus təmsilçilərinin, dövlət qurumlarının, aidiyyəti təşkilatların nümayəndələrinin və biznes ictimaiyyətinin iştirakı ilə baş tutacaq.

Azərbaycan sahibkarları tədbirdə iştiraka dəvət olunurlar.