Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) aşağıdakı aqrar məhsulların ixracı həyata keçirilə bilər:
• Ət və ət məhsulları: mal, qoyun, keçi, quş və dovşan əti (həm xam, həm də termik emal olunmuş şəkildə)
• Balıq və dəniz məhsulları: vəhşi və ya yetişdirilən balıqlar, molyusklar və s.
• Süd və süd məhsulları
• Bal və arıçılıq məhsulları
• Yumurta: süfrə yumurtaları və yumurta məhsulları.
Sahibkarlar bu məhsulların BƏƏ-yə ixracı, tələb olunan baytarlıq və fitosanitar sertifikatlarının alınması, habelə qida təhlükəsizliyi standartları ilə bağlı ətraflı məlumat üçün AQTA ilə əlaqə saxlaya bilərlər (link: https://afsa.gov.az/az).