AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO ilə LCCI arasında Anlaşma Memorandumu imzalanıb

İki qurum arasında imzalanmış sənəd investisiya və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsini əhatə edir.

 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Latviya Ticarət və Sənaye Palatası (LCCI) arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Agentliyin icraçı direktoru Yusif Abdullayev və Palatanın Azərbaycandakı nümayəndəsi Liqa Siçeva imzalayıblar.

 

Anlaşma Memorandumu Azərbaycan və Latviya arasında ikitərəfli investisiyalar və ticarətin təşviqi, biznes imkanlarının araşdırılması üzrə məlumat mübadiləsinin aparılması, birgə tədbirlərin təşkili, eləcə də iki ölkənin işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsini nəzərdə tutur.