AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar “Turkchem Azerbaijan” sərgisinə dəvət olunurlar

2027-ci il 6-8 aprel tarixlərində Bakı Ekspo Mərkəzində kimya sənayesinə həsr olunmuş beynəlxalq “Turkchem Azerbaijan” sərgisi keçiriləcək.

 

Sərgi kimya sənayesinin müxtəlif istiqamətlərini, o cümlədən əsas və xüsusi kimyəvi maddələr, neft-kimya məhsulları, laboratoriya və istehsal texnologiyaları, proses avadanlıqları, ölçmə, sınaq və analiz sistemləri, eləcə də sənaye xidmətlərini vahid platformada bir araya gətirəcək. Sərgi çərçivəsində kimya sənayesinin aktual mövzularına həsr olunmuş panel sessiyalar, B2B görüşlər və s. tədbirlər təşkil olunacaq.

 

Sərginin əsas məqsədi istehsalçılar, təchizatçılar, distribütorlar, investorlar, texnologiya təminatçıları, dövlət qurumları və sənaye üzrə qərar qəbul edən şəxslər arasında yeni əməkdaşlıq imkanları yaratmaq, Azərbaycanın strateji coğrafi mövqeyindən istifadə etməklə Türkiyə, Qafqaz, Xəzər hövzəsi, Mərkəzi Asiya və ətraf bazarları əhatə edən regional ticarət əlaqələrinin inkişafına töhfə verməkdir.

 

“Turkchem Azerbaijan” sərgisində iştirak etmək istəyən sahibkarlar İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə AZPROMO-ya müraciət edə bilərlər.

 

Sərgi haqqında ətraflı məlumat : https://turkchem.az/tr 

 

Əlaqələndirici şəxs: Günel Şıxməmmədova

Tel.: (+994 55) 497 24 54

E-mail: gunel.bakhisheva@azpromo.gov.az