15-16 aprel tarixində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), “Crowe Horwath” və “Bosco Conference” şirkətlərinin birgə təşkilatçılığı ilə Bakıda “İnvestPro-2014” Forumu keçirilmişdir.
Tədbirə 20-dən çox ölkəni təmsil edən şirkətlərin 200-dən çox nümayəndəsi iştirak etmişdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov təqdimatında Azərbaycanın iqtisadi uğurları, həyata keçirilən iri layihələr, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə geniş məlumat vermişdir.
Forumda bank, maliyyə, hüquq, audit və konsaltinq sahələrində fəaliyyət göstərən şirkətlərin təqdimatları maraqla qarşılanmış, iştirakçı şirkətlər arasında əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.