AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Onlayn biznes forum keçirilir

Azərbaycanın “Caspian Event Organisers” şirkətinin və Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə “Made in Uzbekistan” onlayn biznes forumu öz işinə başlayıb. Biznes forumun ilk günündə hər iki ölkənin dövlət qurumlarının nümayəndələri, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) departament rəhbəri Zöhrab Qədirov Azərbaycanın biznes və investisiya mühiti, ixrac imkanları barədə məlumat verib, Özbəkistan iş adamlarını ölkəmizdəki əlverişli işgüzar şəraitdən yararlanmağa, əlaqələri genişləndirməyə dəvət edib.

Qeyd edək ki, “Made in Uzbekistan” onlayn biznes forumu iyunun 12-dək davam edəcək. Forum çərçivəsində kənd təsərrüfatı, qida sənayesi, maşınqayırma və s. sahələrdə fəaliyyət göstərən sahibkarların onlayn görüşləri təşkil ediləcək.