AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

"Beynəlxalq Yaşıl Həftə - 2013"sərgisi öz işinə başlamışdır

Azərbaycan sərgidə 30-a yaxın şirkətlə təmsil olunur

Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə - 2013" ("International Green Week - 2013") sərgisi öz işinə başlamışdır.

Bu il Azərbaycan 6-cı dəfədir ki, bu sərgidə iştirak edir. Ölkəmiz "Beynəlxalq Yaşıl Həftə - 2013" sərgisində 30-a yaxın şirkətlə təmsil olunur.

İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə sərginin Azərbaycan pavilyonunda ölkəmizdə istehsal olunan 250-ə yaxın çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş etdirilir.

Sərgi çərçivəsində bu gün alman və Azərbaycan iş adamlarının iştirakı ilə ölkəmizin biznes və investisiya imkanlarına dair təqdimat keçirilmişdir.

Yanvarın 27-dək davam edəcək sərgi çərçivəsində iştirakçılara Azərbaycan haqqında müxtəlif çap materialları, jurnal, broşur və disklər paylanacaqdır.

Qeyd edək ki, Avropanın ən iri sərgisi hesab olunan "Beynəlxalq Yaşıl Həftə" 1926-cı ildən etibarən keçirilir. Hər il dünyanın 70 ölkəsindən 1500-dən çox müəssisənin və 5000-ə qədər media nümayəndəsinin iştirak etdiyi sərgi yarım milyondan artıq insan tərəfindən ziyarət olunur. "Beynəlxalq Yaşıl Həftə - 2013" sərgisi sahibkarların yeni tərəfdaşlıq əlaqələrinin yaradılması və əməkdaşlığın genişləndirilməsində xüsusilə əhəmiyyətlidir.

Şəkillər üçün buraya daxil olun.