AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan məhsulları ABŞ-da keçirilən sərgidə nümayiş olunmuşdur

Aprelin 8-10 tarixlərində ABŞ-ın Las-Veqas  şəhərində keçirilən 71-ci  Şərab və Spirtli  İçkilər Sərgisində Azərbaycan şirkətlərinin istehsal etdiyi şərab məhsulları nümayiş etdirilmişdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Azərbaycanın “Abşeron Şərab”, “ASPİ WİNERY”, “AZ-Qranata”, “Caspian Coast”, “Vinagro”, “Göy-Göl” və “Şərq Ulduzu” müəssisələrinin istehsal etdiyi şərab məhsulları da ilk dəfə ABŞ-ın ən böyük beynəlxalq şərab və spirtli içkilər sərgisində nümayiş olunmuşdur.
Sərgi iştirakçılarına Azərbaycanın "Bayan Şira" və "Mədrəsə" kimi milli üzüm sortlarından və həmçinin məşhur "Chardonnay", "Merlot", "Şiraz", "Muscat" və "Cabernet Sauvignon" üzüm sortlarından hazırlanmış 15 çeşiddə şərab məhsulları təqdim olunmuşdur.