AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

"Beynəlxalq Yaşıl Həftə - 2015" ("Green Week 2015") sərgisi başa çatıb

Berlində keçirilən ənənəvi "Beynəlxalq Yaşıl Həftə-2015" ("Green Week 2015") sərgisi dünən başa çatıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə sərginin Azərbaycan pavilyonunda ölkəmizdə istehsal olunan 200-dən çox çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunub. Sərgiyə İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri ilə yanaşı, 20-dən çox yerli şirkət qatılıb.
Azərbaycanın artıq 8-ci dəfə iştirak etdiyi sərgiyə bu il də maraq böyük olub. Sərginin açılışında Latviya Respublikasının Prezidenti Andris Berzinş, Almaniya Federativ Respublikasının ərzaq və kənd təsərrüfatı naziri Kristian Smidt və Almaniyanın 70-ə yaxın aidiyyəti qurumlarının nümayəndələri iştirak etmişdir.
Azərbaycan şirkətlərinin məhsulları ziyarətçilərdə böyük maraqla qarşılanmış, tədbir iştirakçılarına ölkəmizin investisiya və biznes imkanları barədə, həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullarla bağlı məlumat verilmişdir. Sərgini ziyarət edənlərə Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər təqdim edilmişdir.
Sərginin Azərbaycana aid pavilyonunda Naxçıvan Muxtar Respublikası üçün ayrılmış stenddə muxtar respublikada fəaliyyət göstərən şirkətlərin məhsulları nümayiş etdirmişdir.
Sərgidə iştirak edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Avropa İttifaqının rəhbər şəxsləri, o cümlədən bir sıra ölkələrin kənd təsərrüfatı nazirləri ilə görüşərək kənd təsərrüfatı sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə etmiş, kənd təsərrüfatı nazirlərinin yeddinci Kənd Təsərrüfatı və Qida Forumuna qatılmışdır.
Qeyd edək ki, bu il sərgidə dünyanın 68 ölkəsindən 1660-dan çox müəssisə və 5000-ə qədər KİV nümayəndəsi iştirak etmişdir. Sərgini gün ərzində orta hesabla 20 mindən çox insan ziyarət edir.