AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan şərabları "Prowein" sərgisində təqdim olunacaq

Azərbaycan məhsulları ilk dəfə olaraq "Made in Azerbaijan" vahid ölkə stendi ilə Almaniyanın Düsseldorf şəhərində keçiriləcək "Prowein" sərgisində nümayiş olunacaq.
19-21 mart tarixlərində keçiriləcək "Prowein" sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan şərabları və spirtli içkiləri təqdim ediləcək.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən Düsseldorfda keçiriləcək "Prowein" sərgisində iştirak edən şirkətlərin seçilməsi üçün müsabiqə keçirilib və 9 şirkət sərgidə iştirak hüququ qazanıb. "Prowein" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendinin təşkili xərcləri Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq dövlət tərəfindən qarşılanır.