AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin ekskluziv partnyorudur

Azərbaycan sentyabrın 11-14-də Moskva şəhərində keçiriləcək "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin eksklüziv partnyor ölkəsidir. Qeyd edək ki, belə bir status sərgidə iştirak edən yalnız bir ölkəyə verilir. İlk dəfə olaraq Azərbaycanın "Worldfood Moscow" kimi nüfuzlu sərginin ekskluziv partnyor ölkəsi olması sərginin açılış mərasimindəki banerdə, sərginin internet səhifəsində (http://www.world-food.ru/en-GB/press/news/3980.aspx, http://www.world-food.ru/en-GB/) və sərgi bələdçisində, ziyarətçilərə paylanan promo məhsullarda və bədclərdə qeyd edilir.
Bundan başqa, "Worldfood Moscow" Sərgisi zamanı ziyarətçilərin qeydiyyat zonasında sərginin partnyor ölkəsi - Azərbaycan haqqında məlumat veriləcək, sərgiyə dair bütün xəbərlərdə ölkəmizin sərginin ekskluziv partnyor ölkəsi olması diqqətə çatdırılacaq.
"Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın 30-dan çox ixracatçı şirkətinin istehsalı olan meyvə şirələri, müxtəlif növ şərablar və spirtli içkilər, mineral sular, meyvə-tərəvəz, fındıq, nar, meyvə quruları, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, çay, dondurma, şokolad və s. təqdim ediləcək. Sərgidə həmçinin, Azərbaycanın mədəniyyəti və mətbəxi, ölkəmizin turizm, biznes və investisiya imkanları təbliğ olunacaq.
Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli "Made in Azerbaijan" brendinin xarici bazarlarda təbliğinə dair Fərmanına uyğun olaraq, "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.
Qeyd edək ki, "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisi Azərbaycanın vahid ölkə stendi ilə təmsil olunacağı sayca 3-cü sərgidir.