AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan məhsulları maraqla qarşılanır

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın "Made in Azerbaijan" vahid ölkə stendi və burada nümayiş olunan məhsullar ziyarətçilər və tədbirdə iştirak edən xarici şirkətlər tərəfindən maraqla qarşılanır.
Sərginin açılışında iştirakçı ölkələrin nümayəndə heyətləri, həmçinin Rusiyanın Kənd Təsərrüfatı nazirinin müavini Yevgeni Qromıko Azərbaycan pavilyonunu ziyarət edib, məhsullarımızın keyfiyyəti, ixrac potensialı ilə maraqlanıb.
Sərginin ilk günündə Azərbaycanın "Tac" şirkəti Rusiya bazarına "Gülüstan" limonad və mineral sularının ixracına dair müqavilə imzalayıb. Bundan başqa, Azərbaycan şirkətlərinin istehsal etdiyi şərab, qurudulmuş xurma, günəbaxan yağı, sərinləşdirici içkilər və s. məhsulların sərgidə iştirak edən Çin, Qazaxıstan, İsrail, Tayvan və Səudiyyə Ərəbistanına ixracına dair danışıqlar aparılır.
Qeyd edək ki, fevralın 9-dək davam edəcək "Prodexpo" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan ilk dəfə olaraq qida və içkilər pavillionlarında "Made in Azerbaijan" vahid ölkə stendləri ilə təmsil olunur. Pavilyonlarda Azərbaycanın 27 şirkətinin istehsal etdiyi meyvə şirələri, müxtəlif növ şərabları, təbii mineral suları, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsulları nümayiş olunur. Vahid ölkə stendinin təşkili xərcləri dövlət büdcəsi hesabına ödənilir.