AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan məhsulları Berlində nümayiş olunur

Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində "Fruit Logistica" meyvə-tərəvəz Sərgisi öz işinə başlayıb. Fevralın 9-dək davam edəcək sərgidə dünyanın 80-dan çox ölkəsindən olan 3000-dən çox şirkətin məhsulları nümayiş olunur.
Sərginin Azərbaycana aid pavillionunda Azərbaycan şirkətilərinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları vahid ölkə stendi ilə Sərginin ziyarətçilərinə təqdim edilir.
​Qeyd edək ki, "Fruit Logistica" Sərgisinin virtual kataloqlarında, meqa-bordlarında, bannerlərındə Azərbaycan barədə məlumatlar yerləşdirilib. Bundan başqa, Sərgidə "Made in Azerbaijan" brendinin reklam çarxları nümayiş olunur, ziyarətçilərə müxtəlif çap materialları paylanılır.