AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan şərabları mükafata layiq görülüb

Azərbaycan şərabları Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilən “6-cı Çin-Avrasiya” Sərgisində mükafatlandırılıb.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın qabaqcıl şərab istehsalçıları dünyanın nüfuzlu şərab şirkətlərinin iştirakı ilə keçirilən “İnternational Wine Challenge” müsabiqəsi çərçivəsində “Şanxay Beynəlxalq Şərab Yarışın”da iştirak ediblər. Müsabiqə qaydalarına uyğun olaraq, Azərbaycanın şərabları dequstasiyadan keçirilib və yüksək mükafata layiq görülüb.
Yarışda “Göygöl-Şərab 2”, “Şərq ulduzu” , “Abşeron Şərab”, “Merit-Brand”şirkətləri bürünc,“Az-Granata” şirkəti isə gümüş və bürünc medallara layiq görülüb. Azərbaycanın Çindəki Ticarət nümayəndəsi Teymur Nadiroğlu qaliblərə mükafatları təqdim edib.