AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan məhsulları “KazBuild 2018” sərgisində

Sentyabrın 4-də Qazaxıstanın Almatı şəhərində “Kazbuild 2018” inşaat və tikinti malları sərgisi açılıb. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində Azərbaycanın 14 şirkətinin istehsal etdiyi tikinti materialları nümayiş olunur. Qeyd edək ki, bu sərgi Azərbaycanın tikinti materiallarının “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim olunduğu ilk beynəlxalq sərgidir. Sərgi sentyabrın 6-dək davam edəcək.