Sentyabrın 17-də Rusiya Federasiyasının Moskva şəhərində “Worldfood Moscow 2018” sərgisi açılacaq.
Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və digər məhsulların istehsalı və ixracı ilə məşğul olan 35 Azərbaycan şirkəti təmsil olunacaq.
Sərgi 20 sentyabr tarixinədək davam edəcək.
Qeyd edək ki, Azərbaycan sahibkarları artıq ikinci dəfədir ki, “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində iştirak edirlər.
Ümumilikdə isə, indiyədək yerli məhsullarımız 13 beynəlxalq sərgidə vahid ölkə stendi ilə təmsil olunub.