AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan məhsulları “Worldfood Moscow 2018” Sərgisində



Sentyabrın 17-də Moskvada “Worldfood Moscow 2018” Beynəlxalq Ərzaq sərgisi açılıb.
Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində 35 Azərbaycan şirkətinin istehsalı olan qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq, qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və digər məhsullar nümayiş edilir.
Sərgi sentyabrın 20-dək davam edəcək.