AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan istehsalı olan spirtli içkilər Varşavadakı sərgidə nümayiş olunub

Polşanın paytaxtı Varşavada “Whisky Live Warsaw” Festivalı keçirilib. İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun dəstəyi, Azərbaycanın Polşadakı Səfirliyində Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Aparatının təşkilatçılığı ilə Azərbaycan istehsalı olan spirtli içkilər “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib.

Festival zamanı ən çox ziyarət edilən stendlərdən olan Azərbaycan stendində nümayiş olunan şərablar və müxtəlif növ meyvə araqları, brendilər, viskilər qonaqlar tərəfindən maraqla qarşılanıb.

Sərginin açılışənda Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev çıxış edərək, “Whisky Live Warsaw” Festivalının Azərbaycan məhsullarının tanıdılması, potensial alıcılarla əlaqələrin qurulması baxımından önəmini vutrğulayıb.

Qeyd edək ki, 2000-ci ildən müxtəlif ölkələrdə keçirilən “Whisky Live” Festivalında dünyanın müxtəlif ölkələrindən olan spirtli içki istehsalçıları öz məhsullarını nümayiş etdirirlər.