AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan məhsulları “Beynəlxalq Yaşıl Həftə”də nümayiş olunur

Almaniyanın Berlin şəhərində ənənəvi “Beynəlxalq Yaşıl Həftə-2019” sərgisi keçirilir. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Fondunun təşkilatçılığı ilə 14 Azərbaycan şirkəti şərab və digər spirtli içkilər, müalicəvi bitki çayları, qənnadı məhsulları, qurudulmuş meyvələr və s. məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim edir.
Xüsusi zövq və dizaynla hazırlanmış “Made in Azerbaijan” stendi sərgiyə gələnlər tərəfindən maraqla qarşılanır.
Sərgi yanvar ayının 27-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan məhsulları 2018-ci ildə 11, ümumilikdə isə 17 beynəlxalq sərgidə “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunub.