AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan məhsulları beynəlxalq sərgidə maraqla qarşılanır

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən "Prodexpo 2020" Beynəlxalq Ərzaq Sərgisində "Made in Azerbaijan" vahid ölkə stendi və burada nümayiş olunan məhsullar sərgiyə gələnlər və iştirakçı xarici şirkətlər tərəfindən maraqla qarşılanır.

Qeyd edək ki, vahid ölkə stendində Azərbaycan şirkətlərinin istehsal etdiyi meyvə şirələri, şərablar, təbii mineral suları, fındıq, qənnadı məmulatları, çay və s. məhsullar nümayiş olunur.
Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici həmkarları ilə görüşlər keçirir, ixraca dair müzakirələr aparırlar.
Sərgi fevralın 14-dək davam edəcək.