Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2020” beynəlxalq
qida sərgisi öz işinə başlayıb. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə süd və süd
məhsulları, bal, fındıq, meyvə şirələri, qənnadı, tərəvəz və konserv məhsulları,
qurudulmuş meyvə və xurma istehsalı sahəsində fəaliyyət göstərən 20 Azərbaycan
şirkəti məhsullarını təqdim edir.
Sərgi fevralın 20-dək davam edəcək.