AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilmiş “Gulfood 2020”
beynəlxalq qida sərgisi başa çatıb. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi,
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə
20 Azərbaycan şirkəti məhsullarını təqdim edib. Azərbaycan məhsulları, xüsusilə fındıq,
nar şirəsi və müxtəlif çeşiddə şirniyyatlar sərgiyə gələnlər tərəfindən böyük maraqla
qarşılanıb.
Sərgi çərçivəsində Azərbaycan şirkətləri ilə xarici tərəfdaşlar arasında görüşlər
keçirilib, ixraca dair müzakirələr aparılıb.


Azərbaycanın “AHEC” və “AZHAZELNUT” şirkətləri Misir, Pakistan və İtaliyadan olan şirkətlərlə fındıq məhsulunun ixracına, “Az-Granata” və “BakuKonserv” şirkətləri Birləşmiş Ərəb Əmirlikləri və Hindistandan olan şirkətlərlə konservləşdirilmiş məhsulların ixracına dair razılıq əldə edib.