Noyabrın 19-da AYİB-in Londondakı Baş qərargahında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin, Avropa Yenidənqurma və İnkişaf Bankının təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin, Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə "Azərbaycan Günü" keçiriləcək.
Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Böyük Britaniyanın dövlət qurumlarının, AYİB-in, Londonda fəaliyyət göstərən diplomatik korpusun və biznes strukturlarının nümayəndələri, eləcə də Azərbaycandan olan iş adamları iştirak edəcək.
"Azərbaycan Günü"ndə ölkə təqdimatı keçiriləcək, Azərbaycanın qazandığı iqtisadi uğurlar nümayiş olunacaq.
Tədbir çərçivəsində iştirakçılara ölkəmizin tarixi, mədəniyyəti və iqtisadi potensialı barədə məlumatları özündə əks etdirən materiallar paylanacaq və Azərbaycan musiqisi səsləndiriləcəkdir.