AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Dubayda keçirilən 4-cü İllik İnvestisiya Toplantısında təmsil olunmuşdur

Aprelin 8-10-u tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 4-cü İllik İnvestisiya Toplantısı keçirilmişdir. 2011-ci ildən etibarən hər il keçirilən tədbir çərçivəsində konfrans, dövlət rəsmiləri, eləcə də iş adamları arasında ikitərəfli görüşlər və sərgi təşkil olunmuşdur.
4-cü İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunmuş sərgidə digər ölkələrlə yanaşı, Azərbaycana dair də stend qurulmuşdur. İqtisadiyyat və Sənaye Nazirliyinin təşkil etdiyi stenddə Azərbaycan iqtisadiyyatı, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin Sumqayıt Kimya Sənaye Parkı və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) barədə məlumatlar yerləşdirilmişdir.
Sərgi iştirakçılarına Azərbaycan iqtisadiyyatı barədə məlumat verilmiş, təşviqat materialları paylanılmışdır. Azərbaycan stendi ziyarətçilər tərəfindən maraqla qarşılanmışdır.