Oktyabrın 11-də Moskvada Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının birgə iclası keçirilib.
Azərbaycan-Rusiya İşgüzar Şurasının rəhbəri İsgəndər Xəlilov və Rusiya-Azərbaycan İşgüzar Şurasının rəhbəri Pyotr Fratkovun iştirakı ilə keçirilən iclasda iş adamları arasında qarşılıqlı işgüzar əlaqələrin genişləndirilməsi, sahibkarların fəaliyyətlərinin əlaqələndirilməsi kimi məsələlər müzakirə olunub, 2017-ci il üçün nəzərdə tutulan iş planı təsdiq edilib.