13-14 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) 21-ci Dünya İnvestisiya Konfransı keçirilib.
Konfransda dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, investisiya təşviqi agentlikləri, özəl sektor təmsilçiləri və investisiya siyasəti ilə məşğul olan mütəxəssislər iştirak edib.
Konfrans çərçivəsində xarici birbaşa investisiyaların təşviqi, informasiya-kommunikasiya texnologiyalarının investisiya xidmətlərinin genişləndirilməsində əhəmiyyəti və investisiya yatırımı üçün vacib olan faktorların analizi mövzusunda debatlar keçirilib.
Azərbaycan tərəfdən tədbirdə AZPROMO-nun rəhbəri, WAIPA-nın vitse-prezidenti Rüfət Məmmədov iştirak edib.