AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İxrac missiyası “Beynəlxalq Yaşıl Həftə” sərgisində olub

Yanvar 23-dən Almaniyada olan ixrac missiyasında təmsil olunan meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şərab, bal və çay istehsalı ilə məşğul olan Azərbaycan şirkətləri Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən və Azərbaycan pavilyonunun da yer aldığı “Beynəlxalq Yaşıl Həftə” sərgisini ziyarət edib, iştirakçı ölkələrin təmsilçiləri ilə görüşüblər.
İxrac missiyası çərçivəsində Azərbaycanın ixracatçı şirkətləri ilə yerli alman şirkətləri, distribyutorlar və potensial alıcılar arasında ikitərəfli işgüzar görüşlər təşkil olunub, Azərbaycan məhsullarının ixrac imkanları, bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.
İxrac missiyası Azərbaycan məhsullarının Avropa Birliyi ölkələrinə, o cümlədən Almaniya bazarına ixrac imkanlarına dair müzakirələri davam etdirir.