AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycanın ixrac missiyasının Qazaxıstana səfəri davam edir

Qazaxıstanda olan Azərbaycanın 19 yerli şirkətinin daxil olduğu ixrac missiyası bu gün Astanada aparıcı şirkətlərin nümayəndələri ilə görüşüb.
Görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialı və bu sahədə həyata keçirilən islahatlar, ixracın stimullaşdırılması tədbirləri, rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsullarımız barədə məlumat verib. 30-dan çox Qazaxıstan iş adamının, eləcə də distributor şirkətlərlə keçirilmiş ikitərəfli görüşlərdə Azərbaycan və Qazaxıstan iş adamları arasında əlaqələrin genişləndirilməsi, Qazaxıstana ixrac imkanlarına dair müzakirələr aparılıb. Danışıqlar zamanı Qazaxıstan şirkətləri Azərbaycan istehsalı olan şərab və spirtli içkilərə, meyvə-tərəvəz məhsullarına, tikinti materiallarına və Naftalan neftinə xüsusi maraq göstəriblər. İkitərəfli görüşlər çərçivəsində Azərbaycanın "AB Farma" şirkətinin istehsal etdiyi Naftalan məlhəminin (mazının) Qazaxıstana ixracına dair ilkin razılıqlar əldə edib.