AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Qazaxıstana ixrac missiyası başa çatıb

Azərbaycanın 19 yerli şirkətinin nümayəndələrindən ibarət ixrac missiyasının Qazaxıstana səfəri başa çatıb.
AZPROMO-nun təşkilatçılığı ilə Qazaxıstanın Almata və Astana şəhərlərində Azərbaycan şirkətləri ilə Qazaxıstanın iri distrubutor şirkətləri arasında ikitərəfli görüşlər keçirilib, Azərbaycan məhsullarının Qazaxıstana ixracı məsələləri müzakirə edilib. Danışıqlar zamanı Qazaxıstan şirkətləri tərəfindən Azərbaycan istehsalı olan şərab və spirtli içkilərə, meyvə-tərəvəz məhsullarına, tikinti materiallarına və Naftalan neftinə xüsusi maraq göstərilib.
İkitərəfli görüşlərin nəticəsi olaraq, Azərbaycan istehsalı olan limonadın və Naftalan məlhəminin (mazının) Qazaxıstana ixracına dair ilkin razılıqlar əldə edib.
Astanada keçirilən görüşlərdə Azərbaycanın Mars FK və D-Fruits şirkəti ilə Qazaxıstanın "Best Fruit Plus" şirkəti arasında Azərbaycanda istehsal olunan meyvələrin Qazaxıstana ixracına dair ilkin razılaşma əldə olunub.
Bundan əlavə, "Caspi Marine Technologies" Azərbaycan şirkəti Qazaxıstana 5 ton sənaye boyasının ixracına dair sifariş alıb və əməkdaşlığın genişləndirilməsi üçün danışıqlara başlanılıb.