AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Növbəti ixrac missiyası Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə təşkil olunacaq.

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası 3-7 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə təşkil olunacaq.

İxrac missiyasında təmsil olunan meyvə-tərəvəz istehsalçıları 5-7 dekabr tarixlərində Dubayda keçiriləcək Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan “WOP Dubai”da da iştirak edəcəklər. Azərbaycan məhsullarının da nümayiş olunacağı sərgi çərçivəsində seminar və ikitərəfli görüşlər təşkil ediləcək.
Qeyd edək ki, Dubay şəhərinə təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, ət və ət məhsulları, bal, çay, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkət daxildir.