AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Növbəti ixrac missiyası İsveçrəyə gedir

“Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası iyunun 25-29 tarixlərində İsveçrəyə təşkil olunacaq.
İxrac missiyasına müsabiqə əsasında seçilmiş fındıq istehsalı sahəsində fəaliyyət göstərən 12 Azərbaycan şirkəti daxildir.
Missiya çərçivəsində Azərbaycan və İsveçrə şirkətləri arasında ikitərəfli görüşlərin təşkili, iqtisadi-ticarət əlaqələrin genişləndirilməsinə dair müzakirələrin aparılması və Azərbaycan məhsullarına dair təqdimatların keçirilməsi nəzərdə tutulur.