Məlumat verildiyi kimi, Azərbaycanın növbəti ixrac missiyası Qazaxıstanın Almatı və Şimkent şəhərlərinə təşkil edilib.
İxrac missiyasının ilk günü qida məhsullarının, inşaat və tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsilçiləri Qazaxıstanın Almatı şəhərində aparıcı şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib.
Görüşlərdə qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialı, ixracın stimullaşdırılması tədbirləri, rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsullarımız barədə məlumat verilib, Azərbaycan və Qazaxıstan iş adamları arasında əlaqələrin genişləndirilməsi, Qazaxıstana ixrac imkanlarına dair müzakirələr aparılıb.
Qeyd edək ki, “Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Qazaxıstanın Almatı və Şimkent şəhərlərinə təşkil olunan ixrac missiyası 30 sentyabr-5 oktyabr tarixlərini əhatə edir. İxrac missiyasına 29 şirkətin nümyəndələri daxildir.