“2018-2025-ci illər Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın icrasının təmin edilməsi və Azərbaycan istehsalı olan şərabların təbliği istiqamətində həyat keçirilən tədbirlərin davamı olaraq, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Fransanın Paris şəhərində yerləşən Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatında (OİV) "Azərbaycan Şərabları Günü" keçirilib. Tədbirdə Azərbaycan istehsalı olan şərablar nümayiş olunub və şərabların dequstasiyası təşkil edilib.