“Made in Azerbaijan” brendin təşviqi, yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdədir.
Missiyaya qida, şərab və digər spirtli içkilər sahəsində fəaliyyət göstərən 25 yerli şirkət daxildir. Missiya çərçivəsində Azərbaycan ixracatçıları bolqarıstanlı həmkarları ilə görüşlər keçirəcək, ixrac məsələlərinə dair müzakirələr aparacaqlar.
İxrac missiyası noyabrın 9-da başa çatır.