İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərinə təşkil edilmiş ixrac missiyası başa çatıb.
28 Azərbaycan şirkətinin daxil olduğu ixrac missiyası Berlin şəhərində fəaliyyət göstərən “Rewe” mağazalar şəbəkəsində olub, Azərbaycan məhsullarının satışına dair müzakirələr aparıblar.
Alman şirkətləri tərəfindən Azərbaycanın bir sıra məhsullarına, xüsusilə nar şərabı, nar şirəsinə və quru meyvələrə xüsusi maraq göstərilib.
Azərbaycan iş adamları alman həmkarları ilə Azərbaycanda istehsal olunan heyvandarlıq və konserv məhsullarının, şərabın, nar və nardan hazırlanan digər məhsulların Almaniyaya ixracına dair danışıqlar aparıblar.
Qeyd edək ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə təşkil olunmuş ixrac missiyası 27-30 noyabr tarixlərini əhatə edib.