AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 2019-cu ilin ilk ixrac missiyası Çin Xalq Respublikasının Pekin şəhərinə təşkil olunacaq.
Fevral ayının 25-də başlayan və mart ayının 1-dək davam edəcək ixrac missiyasına qida, şərab və digər spirtli içkilərin istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri daxil olacaq. Missiya çərçivəsində Azərbaycanlı sahibkarlar xarici iş adamları ilə ikitərəfli görüşlər keçiriəcək, Azərbaycan məhsullarının Çin bazarına ixracının genişləndirilməsinə dair müzakirələr aparacaqlar.
​Qeyd edək ki, 2018-ci ildə 10 xarici ölkəyə 11 ixrac missiyası, ümumilikdə isə indiyədək 24 ixrac missiyası təşkil olunub.