AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan ixrac missiyası Polşaya səfər edəcək

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Polşanın Varşava şəhərinə təşkil olunacaq.
6-10 mart tarixlərini əhatə edəcək ixrac missiyasına şərab və digər spirtli içkilər, qida məhsulları və kosmetik vasitələrin istehsalı ilə məşğul olan 22 Azərbaycan şirkəti daxil olacaq. Missiya çərçivəsində Azərbaycanlı sahibkarlar Polşadan olan iş adamları ilə görüşlər keçirəcək, məhsullarımızın ixrac imkanlarının genişləndirilməsinə dair müzakirələr aparacaqlar.